Ağsuda toy edənlər cərimələnib
11:11 15 Fevral 2021

Ağsu rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə toy məclisi təşkil edilməsinin qarşısı polislər tərəfindən alınıb.
APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Padarqışlaq kənd sakini Səxavət Həsənovun oğluna toy məclisi təşkil etməsi barədə Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin ünvana gələrək karantin qaydalarının pozulması halını aşkar ediblər. Məclisin təşkilatçısı S.Həsənov və digər 14 nəfər Polis Şöbəsinə dəvət olunub.
Xüsusi karantin qaydalarını pozan ümumilikdə 15 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq cərimə ediliblər.
Oxunub: 248
Oxşar xəbərlər
- Ağsuda karantin qaydalarını pozan kafe aşkarlandı
- Ağsuda yanğın hadisəsi baş verib
- Ağsuda dağlıq ərazidə yanğın baş verib
- Ağsuda zəlzələ olub
- Ağsuda inək oğurlayan qəssab tutuldu - FOTO
- Ağsuda biçilmiş taxıl sahəsində yanğın baş verib
- Ağsuda maska taxmayanlar cərimələndi
- Ağsuda baş verən yanğın söndürülüb
- Ağsuda bir ton çətənə kolu yandırılıb
- Ağsuda karantini pozan 4 nəfər həbs edildi - VİDEO