Binəqədi rayonunda 7 mindən çox abonentin qaz təchizatı yaxşılaşdırılır


12:33     15 Fevral 2021 21_02_15_1613376759.jpg

Paytaxtın Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində 7 350 abonentin qaz təchizatının yaxşılaşdırılması, təbii qaza olan tələbatın fasiləsiz və təhlükəsiz şəkildə təmin edilməsi məqsədi ilə istismar müddəti başa çatan qaz xəttinin yenilənməsi işləri həyata keçirilir.

Bu barədə Femida.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, vaxtı ilə polad boru ilə çəkilmiş qaz xətti diametri 250 mm, uzunluğu 828 metr olan polietilen boru ilə əvəz olunur.

Bundan başqa, müxtəlif diametrli 400 metr uzunluğunda yan xətlərin çəkilməsi işləri də icra edilir. Təmir işlərinin qısa müddətdə başa çatdırılması məqsədi ilə sözügedən əraziyə çox sayda maşın-mexanizmlər və işçi qüvvəsi cəlb olunub.

Açar sözlər:

Oxunub: 315