Bakıda avtomobillə piyadanı vurub qaçan şəxs tutuldu


12:55     15 Fevral 2021 21_02_15_1613378278.jpg

Bakıda yol qəzası baş olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 13-də saat 1 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən qəsəbə sakini Ə.Musayev vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, Zabrat qəsəbə sakini T.Əliyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 331