Kür çayı üzərində yeni avtomobil körpüsü inşa edilib
13:01 15 Fevral 2021

Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 50-ci km-də, Kür çayı üzərində yeni avtomobil körpüsü inşa edilib.
Bu barədə Femida.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Məlumatda deyilir ki, körpü 4 aşırımlı olmaqla uzunluğu 175,4 metrdir.
Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolu Ucar şəhərinin girişindən başlayaraq, 70 km sonra Ağcabədi şəhərinin cənubunda R18 Mingəcevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir. Yolun yenidən qurulması layihəsi üzrə mövcud yol oxu saxlanılmaqla yolun 3-cü texniki dərəcəli yol parametrlərindən 2-ci texniki dərəcəli yol parametrlərinə təkmilləşdirilməsi işləri aparılıb.
Layihə çərçivəsində ümumilikdə uzunluqları 20 m-dən 175 m-ə qədər dəyişən 1-4 aşırımlı 7 avtomobil körpüsü inşa edilib.
Ucar-Zərdab-Ağcabədi avtomobil yolu üzərində Kür çayı körpüsündən sonra yolun Qarasu və Göyçay çayları üzərində inşa olunan körpülər gəlir. Belə ki, hər bir körpünün uzunluğu 106 metr təşkil edir.
Femida.az
Oxunub: 188
Oxşar xəbərlər
- Kürdəmir sakinindən qanunsuz silah götürülüb
- Kürdəmirdə minik avtomobili yük maşını ilə toqquşub, 6 nəfər xəsarət alıb
- Kürdə suyun səviyyəsi sürətlə azalır
- Kürdəmir sakinindən silah götürüldü
- Kür çayında batan şəxslərdən birinin meyiti tapılıb
- Kürdə batan balıqçıların axtarışı davam edir
- Kürdəmirdə şəhid kapitan dəfn edildi
- Kürdə suyun səviyyəsi yenidən azalıb
- Kürdəmirdə qatar yeniyetməni vurub
- Kürdə suyun səviyyəsi qalxıb