Avropa İttifaqı Azərbaycan mediası üçün müsabiqə elan edir
13:17 15 Fevral 2021
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin “eu4Azerbaijan.eu” adlı yeni rəsmi saytı hazırlanıb.
Bu barədə Femida.az-a nümayəndəlikdən məlumat verilib.
Fevralın 18-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın iştirakı ilə yeni saytın videokonfrans formatında təqdimatı keçiriləcək.
Bildirilib ki, istifadəçilər sayt vasitəsilə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən yerli və regional layihələr, onlarla bağlı yeniliklər, kampaniyalar və s. barədə məlumatları asanlıqla əldə edə biləcəklər. Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək sayta mütəmadi olaraq yeni məlumatlar əlavə ediləcək.
Tədbirdə həmçinin Azərbaycanın çap, teleradio və onlayn mediası üçün Aİ-Azərbaycan əməkdaşlığına dair “Avropa İttifaqı Azərbaycan üçün” ("EU4Azerbaijan") adlı müsabiqə elan olunacaq.
Müsabiqənin əsas məqsədi Aİ ilə Azərbaycan arasındakı münasibətlər, o cümlədən həyata keçirilən layihələr və onların ölkəyə təsiri barədə ictimai məlumatlandırmanı artırmaqdır. Müsabiqənin iştirak qaydaları tədbir zamanı açıqlanacaq.
Oxunub: 370
Oxşar xəbərlər
- Avropada təbii qazın qiyməti ucuzlaşıb
- Avropada təbii qazın qiyməti yüksəlib
- Avropa İttifaqı Rusiya qazının əvəzedicisini tapıb
- Avropa Komissiyası Aİ-yə Rusiyaya qarşı yeni neft embarqosu layihəsi təklif edib
- Avropa Parlamenti Aİ-də şəffaflığın və demokratiyanın vəziyyətindən narahatdır
- Avropada qazın qiyməti həftəsonu 5 faiz ucuzlaşıb
- Avropa İttifaqı Şurasının Prezidenti Kiyevdə səfərdədir
- Avropada qazın qiyməti kəskin ucuzlaşıb
- Avropanın 4 ölkəsinin prezidenti Ukraynaya yola düşüb
- Avropa İttifaqı diplomatik missiyasını Kiyevə qaytarır