Peyvənd olunan bəstəkar vətəndaşlara çağırış etdi


13:26     15 Fevral 2021 2021/02/14685-1613380329_1613381286.jpg

“Peyvənd olunandan sonra gedib işlərimlə məşğul oldum. Vaksinin hansısa yan təsiri olmadı”.

Femida.az xəbər verir ki, bunu Azvision.az -a Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Cavanşir Quliyev COVID-19 əleyhinə peyvənd olunmasından danışarkən deyib. Bəstəkar özünü yaxşı hiss etdiyini, səhhətinin qaydasında olduğunu bildirib.

“Peyvənd olunma könüllüdür, kim istəyər edər, kim istəməz etməz. Burada insanların günlərlə götür-qoy etməsinə səbəb olacaq məcburiyyət yoxdur. Hər kəs bilir ki, peyvənd virusa qarşıdır. Bunu etdirmək istəməyənləri mən anlamıram. Xəstələnməkmi istəyirlər? Haradan bilirlər ki, onlar virusa yoluxmayacaqlar və ya yoluxandan sonra vəziyyətləri necə olacaq.

Ətrafımda oxumuş, ağıllı adamlar, alimlər var. Bəzən onlardan da kimsə "peyvənd etdirməyəcəm" deyəndə mən onun alimliyinə şübhə edirəm. ÜST elan edib və deyib ki, bu xəstəlikdən qurtulmağın ən yaxşı yolu peyvəndlənmədir. Çünki hələ onun dərmanı yoxdur. Peyvənd olunanda müəyyən müddət qorunmaq olur.

İnsanlar arasında peyvəndlənmənin niyə problem edildiyini başa düşmürəm. Özümüzü müasir insan hesab edirik, amma hərəkətlərimiz orta əsr möhvümat zamanının insanlarının hərəkətinə bənzəyir. Mənə inanları peyvəndə dəvət edirəm. Qarşımızda iki seçim var- birincisi virusdan ölmək ehtimalı, ikincisi peyvənd olunmaq. Mən şəxsən peyvənd olunandan 5 dəqiqə sonra gedib işlərimlə məşğul oldum. Özəlliklə Çinə məxsus vaksindən istifadə edən tanıdığım əksər insanlar heç bir problem yaşamayıb. Ən azından insanlar bunu anlasın ki, virus öldürər, ancaq peyvənd öldürməz”.

Femida.az

Açar sözlər:

Oxunub: 426