Quba sakini tüfənglə tutuldu


15:25     15 Fevral 2021 2021/02/tufen-1613387906_1613388393.jpg

Hacıqabul rayonunda üzərində tüfəng gəzdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinə (RPŞ) bir nəfərin üzərində qanunsuz odlu silah olması barədə məlumat daxil olub.

Keçirilən əməliyyat tədbiri nəticəsində rayonunun Muğam qəsəbəsində yaşayan Quba rayon sakini İslam Məmmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Ondan müvafiq sənədləri olmayan qanunsuz saxlanılan "Tula" markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 482