AMİNA-ya yeni vitse-prezident seçildi


16:08     15 Fevral 2021 2021/02/15610139522528332087_1200x630_1613391045.jpg

Azərbaycan Milli İdman Növləri Assosiasiyasında (AMİNA) növbədənkənar konfrans keçirilib.

Femida.az xəbər verir ki, konfransda AMİNA-ya vitse-prezident seçilib. Yeni vitse-prezident sərbəst güləş üzrə idman ustalığına namizəd Cəlal Qurbanovdur.

Qeyd edək ki, Cəlal Qurbanov yeniyetmələrdən ibarət sərbəst güləş yığmasına rəhbərlik etmiş Xosrov Cəfərovun şəxsi tələbələrindən olub. Cəlal Qurbanov 2013-cü ildən Azərbaycan yazıçılar birliyinin üzvü, “Fire Land” productionun rəhbəri, nəğməkar-şair, prezident təqaüdçüsüdür. “Körpələrin səsi”, “İlk Avropa oyunları”, “Sən azərbaycanlısan”, “Zəfərə doğru”, “Yaşa, yaşa, Azərbaycan!”, “Sən qalib gələcəksən” və “Say Hallelujah” layihələrinin müəllifidir.

AMİNA-da keçirilmiş növbədənkənar konfransda seçkilərin nəticəsi bu gün ədliyyə nazirliyində təsdiqlənib və assosiasiya yeni tərkibdə qeydiyyatdan keçib.

Femida.az

Açar sözlər:

Oxunub: 446


Oxşar xəbərlər