Ağdamda düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı
16:29 15 Fevral 2021

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı odlu silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Güllücə kəndi ərazisində xidmətdə olarkən məhv edilən düşmən ordusunun vaxtilə qurduğu səngər və istehkamlara baxış keçiriblər.
Tədbir zamanı erməni hərbçilərin atıb qaçdığı 9 ədəd əl qumbarası, 9 ədəd qumbara alışdırıcısı və 1 ədəd RPQ-18 qumbaraatanı aşkar edilərək götürülüb.
Oxunub: 205
Oxşar xəbərlər
- Ağdamda partlayış - 1 hərbçimiz həlak oldu, 2-si yaralandı
- Ağdamda bərpa edilən Şəmsi kəhrizi istifadəyə verildi
- Ağdamda 27 ədəd ağ fosfor tərkibli minaatan mərmisi aşkarlanıb
- Ağdamda xidmət edən əsgərlərimizə sovqat paylanılıb
- Ağdamda FHN-in yerli strukturu fəaliyyətə başlayıb
- Ağdamda üç nəfər minaya düşüb, ölən var
- Ağdamda dağıntılardan başqa heç nə qalmayıb - “Əl-Cəzirə”nin reportajı (VİDEO)
- Ağdamda ağacəkmə aksiyası keçirildi
- Ağdamdan çıxan sonuncu işğalçılar - VİDEO
- Ağdamda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb