DİM hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərə müraciət edib


16:58     15 Fevral 2021 2019/01/dim_yeni_1548059111.jpg

Dövlət İmtahan Mərkəzi martın 3-də keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərə müraciət edib.


DİM-dən Femida.az-a verilən məlumata görə, hakim vəzifəsinə qəbul olmaq üçün Hakimlərin Seçki Komitəsi tərəfindən qeydiyyata alınmış namizədlər fevralın 15-dən martın 1-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyə və “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər: https://eservices.dim.gov.az/elimt/hakimtest

Test imtahanı 2021-ci il martın 3-də kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında 2 növbədə keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 370