İndiyədək 31 mindən çox ipoteka krediti verilib


18:22     15 Fevral 2021 ipoteka9.jpg

2006-2020-ci illərdə Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi hesabına 31 472 daşınmaz əmlak alınıb ki, bunun da 12 892-si və yaxud 41 %-i dəyəri 30-60 min manat arasında olan evlərdir.


Femida.az bu barədə İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir.

Məlumata görə, qalan 18 580 əmlakdan 701-nin və yaxud 2,2 %-nin dəyəri 30 min manata qədər, 11 081-nin və yaxud 35,2 %-nin dəyəri 60-90 min manat arasında, 3 519-nin və yaxud 11,2 %-nin dəyəri 90-120 min manat arasında, 3 279-nun və yaxud 10,4 %-nin isə dəyəri 120 min manatdan çoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 234