Azərbaycan İrana elektrik enerjisini ixrac edəcək


13:40     23 Dekabr 2015 powerlines1152.jpg

Azərbaycan 2016-cı ildən İrana elektrik enerjisinin ixracına başlayacaq.


Femida.az xəbər veri ki, bunu Trend-ə Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyindən deyiblər.

Bu haqda razılıq Tehranda keçmiş iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Azərbaycan-İran hökümətlərarası komissiyasının iclasının gedişatında əldə olunub.

Tərəflər ixracat qiymətlərini də müəyyən ediblər.

Həmçinin komissiyanın gedişatında İran-Azərbaycan-Rusiya və İran-Azərbaycan-Gürcüstan marşrutları üzrə enerji mübadiləsi məsələsinə baxılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1327