Qubada qızını boğub öldürən şəxsin məhkəməsi başlayır


09:31     16 Fevral 2021 1398947325_mehkeme.jpg

Qubada qətl törətməkdə təqsirləndirilən Məhərrəm İmanquliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Femida.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Səbuhi Hüseynovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 31-də saat 21.00 radələrində Quba rayonunda baş verib. Rayonun Barlı kənd sakini, 1991-ci il təvəllüdlü İmanquliyeva Zeynəb Məhərrəm qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin atası İmanquliyev Məhərrəm Nəsir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əlləri ilə boğaraq Zeynəb İmanquliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 195