TƏBİB vaksinin mümkün əlavə təsirlərini açıqladı
09:32 16 Fevral 2021

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus qarşı vaksinin mümkün əlavə təsirlərini açıqlayıb.
TƏBİB-dən Femida.az-a verilən məlumata görə, əhali arasında vaksindən sonra mümkün ola biləcək baş ağrısı, əzələ ağrısı, qızdırma və bu kimi əlamətlər əks təsir deyil, əksinə gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə reaksiya verməsinin göstəricisidir.
Vaksin istehsal edən şirkət tərəfindən yalnız vaksinin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir.
Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən etibarən COVID-19 əleyhinə vaksinasiya prosesinə başlanılıb. Fevralın 8-dən 65 yaşdan yuxarı şəxslərin və bəzi dövlət qurumlarında çalışanların peyvəndlənməsi aparılır. Peyvəndləmə könüllü və dövlət hesabına həyata keçirilir.
Femida.az
Oxunub: 167
Oxşar xəbərlər
- TƏBİB əməkdaşının açıq havada maska taxmamaqla bağlı açıqlamasını təkzib edib
- TƏBİB-ə yeni şöbə müdiri təyin edilib
- TƏBİB rəsmisindən tənqidlərə - Reaksiya
- TƏBİB-dən apteklərdə satılan COVİD-19 müalicə paketi ilə bağlı AÇIQLAMA
- TƏBİB Koordinasiya Qrupu yaratdı
- TƏBİB-dən koronavirus XƏBƏRDARLIĞI - Yoluxma sürətlə artacaq
- TƏBİB vətəndaşlara müraciət edib
- TƏBİB peyvəndlərin tətbiq ediləcəyi tarixi açıqladı
- TƏBİB yoluxmaların artmasının səbəbini açıqladı
- TƏBİB-də yeni təyinat olub