Sülhməramlılar Kəlbəcərə yüklərin çatdırılmasını təmin etdi
09:36 16 Fevral 2021

Rusiya sülhməramlıları Kəlbəcərə göndərilən 25 hərbi “KamAZ”dan ibarət 185 ton yükü müşayiət edib.
Femida.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Sosial obyektlərin və yaşayış binalarının enerji, su təchizatı sistemlərinin bərpası üçün 25 hərbi “KamAZ”dan ibarət 185 ton yükün (generator stansiyaları, elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və tikinti materialları) Kəlbəcər bölgəsinə çatdırılması rus sülhməramlıları tərəfindən təmin edilib.
Ötən il 10 noyabr tarixində Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli sazişin şərtləri əsasında Azərbaycan tərəfinə yardım göstərilib", - deyə məlumatda vurğulanıb.
Femida.az
Oxunub: 347
Oxşar xəbərlər
- Sülhməramlıların müşayiəti ilə tikinti materialları Şuşaya çatdırıldı
- Sülhməramlılar Kəlbəcərə humanitar yükün çatdırılmasını təmin edib
- Sülhməramlılar Qarabağda 260 hektar ərazini minadan təmizləyib
- Sülhməramlılar Qarabağda 5000-ə yaxın partlayıcını zərərsizləşdirib
- Sülhməramlılar Qarabağda qəzaya düşdü: Ölənlər var
- Sülhməramlıların komandanından Qarabağla bağlı AÇIQLAMA
- Sülhməramlıların Qarabağda yerləşdirilməsi yekunlaşdı
- Sülhməramlıları daşımaq üçün 170-dən çox uçuş həyata keçirilib
- Sülhməramlılar Laçına belə DAXİL OLDU - VİDEO
- Sülhməramlıların xərclərini bu ölkə qarşılayacaq