Naxçıvanda qazilərə xüsusi səhiyyə xidməti göstərilib
09:38 16 Fevral 2021

Muxtar respublikada Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimizin müalicəsi, onlara yüksək səviyyədə səhiyyə xidmətinin göstərilməsi diqqətdə saxlanılır.
Femida.az xəbər verir ki, bu məqsədlə Naxçıvan Muxtar Respublika Xəstəxanasının kollektivi növbəti dəfə Babək rayonundan olan qazilərimizin səhhəti ilə maraqlanıb. Aksiya çərçivəsində yaralı hərbi qulluqçularımıza müxtəlif ixtisaslı həkimlər tərəfindən səhiyyə xidməti göstərilib.
Vətən müharibəsi qaziləri onlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstəriləcək səhiyyə xidmətinin keyfiyyətinə nəzarətin təmin edilməsi üçün komissiya yaradılıb. Komissiyanın təşkilatçılığı ilə növbəti aksiya Ordubad rayonunda keçiriləcək.
Oxunub: 169
Oxşar xəbərlər
- Naxçıvanda əhalinin sayı 461 mini ötüb
- Naxçıvanda zəlzələ olub
- Naxçıvanda əhalinin sayı artıb
- Naxçıvanda xidmət edən hərbi qulluqçular təltif edilib - SİYAHI
- Naxçıvanda da yaralı şəhid ailələrinə dəstək fondu yaradıldı
- Naxçıvanda Vətən müharibəsi qazilərinə xüsusi səhiyyə xidməti göstəriləcək
- Naxçıvanda ata 52 gün sonra meyiti tapılan şəhid oğluna qurban kəsdi (VİDEO)
- Naxçıvanda qanunsuz yaşayan 3 əcnəbi aşkarlandı
- Naxçıvanda həkimlər işə testlə qəbul olunacaqlar
- Naxçıvanda ön xətt bölmələrimiz uğurlu döyüş növbətçiliyi aparır