Bu gün Əfv Komissiyasının iclası keçiriləcək


09:46     16 Fevral 2021 prezident_adminstrasiyasi_2.jpg

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.


Femida.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, komissiyanın üzvü Fazil Mustafa deyib.

O bildirib ki, toplantı videokonfrans formatında keçiriləcək: “İclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq”.

“Komissiya indi toplanıb müraciətlərə baxırsa, demək Novruz bayramı ərəfəsində ölkə Prezidenti tərəfindən əfv sərəncamının imzalanması mümkündür”,- F.Mustafa vurğulayıb.

Açar sözlər:

Oxunub: 847