Millət vəkilliyinə namizədə hücum oldu - Son dəqiqə


17:12     26 May 2015 35342.jpg

Türkiyənin Adana vilayətində CHP-dən millət vəkilliyinə namizədliyini verən şəxsə qarşı silahlı hücum olub.



Femida.az xəbər verir ki, bu gün səhər Türkiyə vaxtı ilə saat 09.00-da konfrans üçün yola çıxan CHP-nin namizədi Əlif Doğan Türkmən silahlı hücuma məruz qalıb.

Naməlum şəxslərin millət vəkili namizədinə üç dəfə atəş açması nəticəsində Türkmən ayağından yaralanıb.

Türkmən hadisədən dərhal sonra xəstəxanaya yerləşdirilib. Hadisəylə bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 874