Zərdabda çətənə bitkisi yetişdirən şəxs saxlanıldı
11:08 16 Fevral 2021

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Zərdab RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Köprükənd kənd sakini, əvvəllər məhkum edilmiş Mehman Məmmədov saxlanılıb.
M.Məmmədovun yaşadığı ünvana baxış keçirilən zaman oradan aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 13 ədəd çətənə kolu və 330 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 233
Oxşar xəbərlər
- Zərdabda qadının boğularaq qətlə yetirilməsi ilə bağlı cinayət işi başlandı
- Zərdabda kişi arvadını boğaraq öldürüb
- Zərdabda narkotacir tutuldu
- Zərdabda COVID-19 virusunun daşıyıcısına cinayət işi başlanıldı
- Zərdabda evi tərk edən COVID-19 xəstəsinə cinayət işi açıldı
- Zərdabda qoyun oğruları saxlanıldı
- Zərdabda qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb
- Zərdabda bələdiyyə sədri və sabiq icra nümayəndəsi həbs edilib - RƏSMİ
- Zərdabda bir tondan artıq çətənə bitkisi məhv edilib
- Zərdabda narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb - FOTO