Zərdabda çətənə bitkisi yetişdirən şəxs saxlanıldı
11:08 16 Fevral 2021
Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Zərdab RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Köprükənd kənd sakini, əvvəllər məhkum edilmiş Mehman Məmmədov saxlanılıb.
M.Məmmədovun yaşadığı ünvana baxış keçirilən zaman oradan aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 13 ədəd çətənə kolu və 330 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 464
Oxşar xəbərlər
- Zərdabda 72 yaşlı kişi intihar edib
- Zərdabda 57 yaşlı kişi intihar edib
- Zərdabda qeyri-adi oğurluq hadisəsi baş verib
- Zərdabda narkotik satışında şübhəli bilinən şəxs saxlanılıb
- Zərdabda evdə baş verən yanğında iki nəfər ölüb
- Zərdabda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
- Zərdabda bir ailənin beş üzvü qəzaya düşüb, qadın ölüb
- Zərdabda karantin rejiminin pozulduğu toy məclisləri aşkarlanıb
- Zərdabda karantinə görə toy sahibləri cərimələnib
- Zərdabda koronavirus pandemiyasına qarşı tədbirlər davam etdirilir