54 yaşlı qadın özünü asdı


14:04     23 Dekabr 2015 img-5703792352-110913-84422.jpg

Balakən rayonunda 54 yaşlı qadın intihar edib.


Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, dekabrın 22-də saat 15.00 radələrində rayonun Poçtbinə kəndində kənd sakini Yasti Əli qızı Saxrayevanın meyiti yaşadığı evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidən asılı vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb. Araşdırma zamanı onun intihar etdiyi məlum olub. Məlumatda bildirilir ki, Yasti Sarxayeva son zamanlar böyrək xəstəliyindən əziyyət çəkib.

Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb,

Açar sözlər:

Oxunub: 990