AQTA Şəkidə un məmulatlarının satışı obyektlərində nöqsanlar aşkarlayıb


12:44     16 Fevral 2021 2021/02/1613464379228_YJrqq0qy_1613465098.jpeg

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şəki şəhəri, S. Rəhman küçəsində yerləşən un məmulatlarının satışı ilə məşğul olan obyektlərdə yoxlama keçirilib.


AQTA-dan Femida.az-a verilən məlumata görə, keçirilən yoxlama zamanı istifadə olunan bitki yağlarının keyfiyyəti ilə bağlı araşdırma aparılıb. Həmin yağların istehlaka yararlı olub-olmamasının qiymətləndirilməsi məqsədilə “Testo 270” cihazı ilə oksidləşmə dərəcəsinə nəzarət edilib. Aparılan araşdırmalar zamanı baxış keçirilmiş 6 obyektdən 3-də istifadə olunan yağların dəfələrlə istifadə olunduğu, keyfiyyətinin normalara cavab vermədiyi aşkar olunduğundan yerindəcə məhv edilib, qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Eyni zamanda sahibkarlara qanunvericiliyin tələbləri izah edilib.

Açar sözlər:

Oxunub: 206