Hökumətin hesabatının Milli Məclisdə müzakirə ediləcəyi vaxt məlum olub


12:46     16 Fevral 2021 milli-meclis.jpg

Nazirlər Kabinetinin Milli Məclisdə illik hesabatını təqdim edəcəyi vaxt məlum olub.

Parlamentdəki mənbədən Femida.az-a verilən məlumata görə, hesabat martın 16-da təqdim olunacaq.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməyə əsasən, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında hökumətin fəaliyyəti haqqında hesabat verməlidir.

Açar sözlər:

Oxunub: 432