Azərbaycan Ordusunda vaksinasiya başladı
15:16 16 Fevral 2021

Müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə COVID-19-a qarşı vaksinasiyaya başlanılıb. Vaksinasiya könüllülük prinsipi əsasında həyata keçirilir.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Bakı qarnizonunda yerləşən hərbi hissələrin şəxsi heyətinin vaksinasiyası Silahlı Qüvvələrin Baş Klinik Hospitalında keçirilir. İşğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin hərbi qulluqçularının vaksinasiyası müvafiq hərbi tibb müəssisələrində təşkil edilib.
Femida.az
Oxunub: 231
Oxşar xəbərlər
- Azərbaycanda son sutkada 3 nəfər koronavirusdan vəfat edib
- Azərbaycan Ordusunda 9 minə yaxın hərbi qulluqçu COVID-19 qarşı peyvənd olunub
- Azərbaycanda peyvənd edilənlərin ümumi sayı açıqlandı
- Azərbaycanda indiyədək aparılmış koronavirus testlərinin sayı açıqlanıb
- Azərbaycanda bir gündə 353 nəfər COVID-19-a yoluxub
- Azərbaycan gömrüyündə yeni sistem tətbiq ediləcək
- Azərbaycan və Özbəkistan XİN başçıları arasında telefon danışığı olub
- Azərbaycanda peyvənd olunanların sayı 400 minə çatır
- Azərbaycanda 273 ömürlük məhkum var - Onlar da əfv oluna bilər
- Azərbaycanda 7 ixtisas üzrə yeni magistr ixtisasları yaradılacaq