Azərbaycan Ordusunda vaksinasiya başladı


15:16     16 Fevral 2021 2021/02/a1441621918e2aa873cead4a426da96c_3226948500.jpg

Müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə COVID-19-a qarşı vaksinasiyaya başlanılıb. Vaksinasiya könüllülük prinsipi əsasında həyata keçirilir.


Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Bakı qarnizonunda yerləşən hərbi hissələrin şəxsi heyətinin vaksinasiyası Silahlı Qüvvələrin Baş Klinik Hospitalında keçirilir. İşğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin hərbi qulluqçularının vaksinasiyası müvafiq hərbi tibb müəssisələrində təşkil edilib.



Femida.az

Açar sözlər:

Oxunub: 389