Peyvınd olunmaq üçün bu cür qeydiyyatdan keçin - VİDEO


15:56     16 Fevral 2021 2020/12/vaksin-koronavirus-1024x576_1609062987.jpg

Peyvənd olunmaq istəyən yaşı 65 və yuxarı olan şəxslərin randevu saytı vasitəsilə müraciəti davam edir.

Femida.az xəbər verir ki, həmin vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olub “COVID-19 vaksin randevu” xidmətini seçməlidirlər.

Daha sonra açılan pəncərədə onlayn növbə tutmaq üçün vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib “Yoxla” düyməsinə basmalıdır. Bundan sonra vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir.

Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir. Vətəndaş peyvəndləmə vaxtını və ya məntəqəni dəyişmək istədikdə yenidən qeydiyyatdan keçməlidir.

Onlayn qaydada növbənin götürülməsi ilə bağlı izahlı videotəlimatla buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, fevralın 8-dən etibarən Azərbaycanda yaşı 65 və yuxarı olan şəxslərin vaksinasiyasına başlanılıb. Randevu sistemi yaşı 65 və yuxarı olan, həmçinin son 1 il ərzində COVID-19 analiz nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 221


Oxşar xəbərlər