Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşü keçiriləcək
17:40 16 Fevral 2021

Cari ilin 18 fevral tarixində Türkiyə Respublikasının xarici işlər naziri cənab Mövlüd Çavuşoğlunun, 19 fevral tarixində isə Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri cənab David Zalkalianinin Azərbaycana rəsmi səfərləri nəzərdə tutulub.
Bu barədə Femida.az-a Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, bu ilin 19 fevral tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri David Zalkaliani və Türkiyə Respublikasının xarici işlər naziri Mövlüd Çavuşoğlunun iştirakı ilə 9-cu üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.
Oxunub: 223
Oxşar xəbərlər
- Bakıda yük avtomobilləri toqquşub
- Bakıda anasını öldürmək istəyən şəxs yenidən məhkəmə qarşısında
- Bakıda minik, Gəncədə yük avtomobili yanıb
- Bakıda yolu keçən gənci avtomobil vurdu
- Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
- Bakıda havanın temperaturu 0 dərəcədir - FAKTİKİ HAVA
- Bakıda 7 müntəzəm marşrut xəttinin hərəkəti müvəqqəti dəyişdirilir
- Bakıda hava şəraiti ilə əlaqədar 64 nəfər yıxılaraq xəsarət alıb
- Bakıda yol qəzasında iki nəfər xəsarət aldı
- Bakıda buzda yıxılaraq xəsarət alanların sayı 39-a çatıb