Tanınmış otellər şəbəkəsinin başçısı vəfat edib


19:28     16 Fevral 2021 21_02_16_1613487177.jpg

“Marriott International” otellər şəbəkəsinin prezidenti və baş direktoru Arne Sorenson 62 yaşında dünyasını dəyişib.

Femida.az xəbər verir ki, bu barədə şirkətin məlumatında qeyd olunub.

Xatırladaq ki, 2019-cu ildə Arne Sorensonda mədəaltı vəzi xərçəngi aşkarlanmışdı. Cari ilin fevral ayında amerikalı biznesmen xəstəliyin ağır müalicəsi ilə bağlı iş qrafikini qısaltmaq qərarını vermişdi.

Açar sözlər:

Oxunub: 244