DYP hava şəraitinin dəyişəcəyi ilə bağlı müraciət edib
20:22 16 Fevral 2021
Baş Dövlət Yol Polisi İdarəsi yaxın iki gün ərzində Bakı şəhərində və bölgələrdə hava şəraitinin dəyişəcəyi ilə bağlı sürücü və sərnişinlərə müraciət edib.
Bu barədə Femida.az-a açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, hava şəraitinin dəyişəcəyi ilə bağlı sürücülər hazırlıqlı olmalıdırlar.
V.Əsədov bu cür hava şəraitində sürücülərə son dərəcə diqqətli olmağı, avtomobillərinin texniki sazlığını, xüsusilə təkərlərin mövsümə uyğunluğunu təmin etmələrini, zərurət olmadığı hallarda ötmə əməliyyatı aparmamağı və qəfil manevrlər etməməyi tövsiyə edib.
Qurum rəsmisi qeyd edib ki, piyadalar da öz növbəsində hava şəraitinin tələblərinə uyğun hərəkət etməlidirlər: "Asfalt örtüyünün yaş olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alaraq yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçməli, həmçinin yolun nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş hissəsi ilə piyada getməmələrini tövsiyə olunur", - deyə Vaqif Əsədov bildirib.
Qeyd edək ki, ETSN Milli Hidrometeorologiya Xidməti yaxın iki gün ərzində hava şəraitinin dəyişəcəyi, sulu qar və qar yağacağı barədə xəbərdalıq edib.
Oxunub: 415
Oxşar xəbərlər
- DYP sürücülərə müraciət edib
- DYP yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edib
- DYP şagirdlərin ekskursiyalarını təşkil edən şəxslərə müraciət ünvanlayıb
- DYP valideynlərə "Son zəng"lə bağlı xəbərdarlıq edib
- DYP: “Vətəndaşlarımızdan ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edirik”
- DYP rayonlardan paytaxta ərzaq daşıyan sürücülərə müraciət edib
- DYP Bakı-Quba yolundan istifadə edən sürücülərə müraciət edib
- DYP avtomobillərin jalüzləri ilə bağlı sürücülərə xəbərdarlıq edib
- DYP sürücülərə xəbərdarlıq edib
- DYP küləkli hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib