Rusiyalı deputat Njdenin Xocavənddəki heykəlini təxribat adlandırıb
21:15 16 Fevral 2021
"Məsələ burasındadır ki, Rusiya sülhməramlıları səlahiyyət çərçivəsindən kənara çıxa bilmirlər. Belə ki, ərazidə hansısa abidələrin ortaya çıxması məsələsi onların səlahiyyətlərinə aid deyil. Ancaq, təəssüf ki, bəzi təxribatçılar bu cür abidələr ucaldır, digərləri isə qarşı tərəfin hər hansısa formada əsəbi reaksiya göstərəcəyini gözləyərək təbliğat şousu qururlar”.
“Report” xəbər verir ki, bu fikirləri “Moscow-Baku” portalına açıqlamasında Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə Komitəsinin sədri, deputat Leonid Kalaşnikov söyləyib.
“Sözsüz ki, bu cür təxribatçılardan hələ çoxdur. Onlar elə Rusiyada da var. Njdeyə abidənin ucaldılması millətçiliyə, millətçi mübarizəyə eyham vurmaqdır... Xatırladım ki, Krasnodar diyarında Njdenin memorial lövhəsi quraşdırılmışdı. Məlum olub ki, o, yerli hakimiyyətin icazəsi olmadan quraşdırılıb. Mən bu faktı öyrənən kimi bu problemlə şəxsən məşğul oldum, sorğular göndərirdim. Yerli yoldaşlar da qoşulmuşdular. Birlikdə onun demontajına nail olduq”, - deputat vurğulayıb.
Oxunub: 462
Oxşar xəbərlər
- Rusiyalı həmsədr Paşinyanla görüşüb
- Rusiyalı istehkamçılar Qarabağda 25 minə yaxın partlayıcı zərərsizləşdirib
- Rusiyalı polkovnik Bakı və İrəvana qaytarılan əsirlərin sayını açıqladı
- Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı
- Rusiyalı nazirin azərbaycanlı müavini vəzifədən azad edildi
- Rusiyalı professor koronavirusla bağlı nikbin proqnoz verdi
- Rusiyalı rəsmilər Ali Məhkəmədə
- Rusiyalı futbolçu Türkiyədə itkin düşdü
- Rusiyalı deputat erməni-faşist Qaregin Njdenin lövhəsinə boya töküb
- Rusiyalı general Azərbaycana gəlib - Fotolar