FHN-in əməkdaşı Mingəçevirdə özünü çaya atan şəxsi xilas edib


21:44     16 Fevral 2021 2021/02/1613493278061_0uB5j8zx_1613493998.jpeg

16 fevral 2021- ci il tarixində Mingəçevir şəhəri H.Əliyev prospektində 1992-ci il təvəllüdlü Lətifova Əminə Rasim qızı Kür çayının üzərində yerləşən körpüyə çıxaraq intihar məqsədilə özünü çaya atıb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, həmin vaxt təsadüfən ərazidə olan nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupunun məzuniyyətdə olan xilasedicisi Dosməmmədov Dosməmməd Qəhrəman oğlu heç bir xilasetmə vasitəsi olmadan suya tullanaraq vətəndaşın həyatını xilas edib.

Açar sözlər:

Oxunub: 596