Xırdalanda 35 yaşlı qadının ölümü ilə bağlı araşdırma başlanıb
09:56 17 Fevral 2021

Abşeron rayonunun Xırdalan şəhərində qadın meyitinin aşkarlanması ilə bağlı hadisə nəzarətə götürülüb.
Abşeron rayon prokurorluğundan Femida.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları hazdisə yerinə cəlb edilib. Hazırda faktla bağlı araşdırmalar aparılır.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində ikisi azyaşlı olmaqla 3 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1985-ci il təvəllüdlü Məmmədova Aytəkin Cəsarət qızının meyitini və 2 nəfər azyaşlını halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Oxunub: 214
Oxşar xəbərlər
- Xırdalanda yaşayış binasında yanğın olub
- Xırdalanda dağıntılar altında daha bir nəfərin meyiti tapıldı
- Xırdalandakı partlayışda həlak olan Aytənin FOTOLARI
- Xırdalanda dağıntılar altında bir uşaq qalıb
- Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - SİYAHI
- Xırdalandakı partlayış nəticəsində 6 nəfər xəstəxanaya yerləşdirilib
- Xırdalanda partlayış olub, dağıntılar altından 2 nəfər çıxarılıb
- Xırdalanda səkidə quraşdırılan ticarət köşkü götürüldü
- Xırdalanda partlayış - Doqquz ailə evsiz qaldı
- Xırdalanda reyd keçirildi - 80 sürücü cərimələndi