Bakıda ruhi xəstəni zəncirlə dirəyə bağlayan şəxs saxlanılıb - RƏSMİ
09:58 17 Fevral 2021

Sosial şəbəkələrdə bir nəfər şəxsin zəncirlə dirəyə bağlanılmasını əks etdirən videogörüntülər Daxili İşlər Nazirliyində araşdırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Sabunçu rayonunda yaşayan, ruhi əsəb xəstəliyindən əziyyət çəkən 43 yaşlı şəxs 12 gün bundan əvvəl paytaxtın Sabunçu qəsəbəsində yerləşən marketlərin birinə daxil olub. Bir şüşə qazlı suyu icazəsiz içdiyinə görə marketin sahibi, 24 yaşlı Rahib Lətifov onun boğaz nahiyəsinə zəncir taxaraq marketin qarşısındakı dirəyə bağlayaraq mobil telefonla videogörüntüyə alaraq sosial şəbəkələrdə yayıb.
Törətdiyi əmələ görə R.Lətifov məsuliyyətə cəlb edilib, qanunvericiliyə uyğun olaraq onun barəsində araşdırmalar davam etdirilir.
Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Oxunub: 242
Oxşar xəbərlər
- Bakıda qadının üzərinə dəmir düşdü, hadisə yerində öldü - VİDEO
- Bakıda liftdə qalanlar xilas olundu
- Bakıda güclü külək orta məktəbin dam örtüyünü uçurub
- Bakıda ağacların dibi asfaltdan təmizlənib
- Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
- Bakıda tıxac olan yolların adları açıqlanıb - SİYAHI
- Bakıda narkotik alverçiləri tutulub - FOTO
- Bakıda 13 yaşlı qız itkin düşüb - FOTO
- Bakıda bu işçilərin maaşı artıb
- Bakıda qaydaları pozan daha bir neçə kafe və restoran cərimələnib - SİYAHI