Xalası oğlunu öldürən şəxsin məhkəməsi başlayır


10:33     17 Fevral 2021 21_02_17_1613542832.jpg

Şabranda xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən Taleh Atamoğlanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Femida.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib.

Qeyd edək ki, ötən il avqustun 1-də saat 5:00 radələrində Şabran rayonunun Günəşli kənd sakini Əmirov Ələkbər Məzahir oğlunun bıçaqlanaraq öldürülməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə cinayət işinə başlanılıb. İlkin istintaqla hadisənin zərərçəkmiş şəxsin xalası oğlu, 1995-ci il təvəllüdlü Taleh Atamoğlanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Taleh Atamoğlanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Açar sözlər:

Oxunub: 461