Dünyada COVID-19-a yoluxanların sayı 110 milyonu ötüb


10:55     17 Fevral 2021 21_02_17_1613543037.jpg

Dünyada COVID-19-a yoluxanların sayı 110 milyonu keçib.

Femida.az “worldometers”ə istinadən xəbər verir ki, bununla koronavirusa yoluxanların sayı 110 035 724-ə çatıb.

Bildirilib ki, xəstəlikdən ölənlərin sayı 2 429 822, virusdan sağalanların sayı isə 84 865 039 nəfərdir.

Qeyd edək ki, koronavirusa yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk sıralardadır.

Açar sözlər:

Oxunub: 363