“Horadiz “İsgəndər”lə vurulmalı idi...” - Sarkisyan


11:05     17 Fevral 2021 21_02_17_1613543351.jpg

"Ermənistan axmaqlıq edərək Azərbaycanın dinc sakinlərini raketlə vurdu, bu isə beynəlxalq birliyin bizi ittiham etməsinə gətirib çıxardı”.

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan "Armnyuz” kanalına verdiyi müsahibədə maraqlı açıqlamalar verib. "Yeni Sabah” xəbər verir ki, keçmiş prezident Ermənistan ordusunun oktyabr ayının əvvəlində Lələ-təpəni geri almaq üçün başladığı əməliyyatın fəlakətlə sonuclandığını, bunun nətcəsində ordunun rezerv hissələrdən məhrum olduğunu qeyd edib.

S.Sərkisyanın sözlərinə görə, Nikol Paşinyan hökuməti müharibədən öncə və onun gedişatında bağışlanmaz səhvlər buraxaraq məğlubiyyətə zəmin hazırlayıb. Onun sözlərinə görə, Şuşa məhz həmin səhvlərdən irəli gələrək "təslim edilib”. Serj Sərksyan elə müharibənin əvvəlindən Şuşanın Azərbaycan üçün əsas hədəf olduğunu vurğulayıb.

Keçmiş prezident Türkiyənin müharibənin aktiv fazasında yer aldıığını bildirərək, bunun da günahının Nikol Paşinyan diplomatiyasında olduğunu söyləyib. O, Ermənistan baş nazirinin yersiz təkəbbürlə Rusiya prezidentinin rəsmi ziyarəti zamanı onu hava limanında qarşılamayaraq uşaq hərəkətinə yol verdiyini bildirib.

Serj Sərkisyan Ermənistan rəhbərliyinin müharibənin əvvələrində "İsgəndər” raketlərindən istifadə etməməsinin anlaşılmaz olduğunu söyləyib. Onun fikrincə, əsas zərbə müharibənin 4 və ya 5-ci günlərində Azərbaycanın Horadizdəki hərbi birləşmələrinə vurulmalı idi. Lakin bunun əvəzində dinc sakinlərin yaşadığı şəhərlər bombalanıb.

"Axmağın biri hətta Gəncədə hərbi hava limanını havaya uçurduqlarını söylədi. Sonradan bunun yalan olduğu ortaya çıxdı. Onlar başqa raketlərlə dinc əhalinin yaşadığı məhəllələri vurdular. Bu isə Ermənistana qarşı güclü beynəlxalq təpkiyə nədən oldu, həm də Azərbaycanın daha amansızlıqla Xankənidini bomabalamasına gətirib çıxardı.

Azərbaycan tərəfi yalnız hərbi hissələri və elektrik stansiyaları nişan alırdı”, deyə o qeyd edib.

Açar sözlər:

Oxunub: 370


Oxşar xəbərlər