9 gün ardıcıl qeyri-iş günü olacaq
10:36 17 Fevral 2021

Bu il Novruz bayramında 9 gün ardıcıl iş olmayacaq.
Femida.az -ın məlumatına görə, Nazirlər Kabinetinin "2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.
Bu il 20-21 mart həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, martın 25-i və 26-ı da qeyri-iş günü olacaq. Eyni zamanda 27 və 28 mart da həftənin şənbə və bazar günlərinə təsadüf edir.
Beləliklə, Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26, 27 və 28 mart) iş olmayacaq.
Qeyd edək ki, 8 mart Qadınlar günü də iş günü deyil.
Oxunub: 328
Oxşar xəbərlər
- Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - FOTO
- ƏƏSMN: İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır
- Bakıda qadının üzərinə dəmir düşdü, hadisə yerində öldü - VİDEO
- Füzuli rayonunun Qarakollu kəndindən görüntülər - VİDEO
- Xızıda avtomobil qarlı yolda qalıb, xilasedicilərə müraciət olunub
- Şəmkir DYP-nin rəisi vəzifəsindən azad edilib
- Cəbrayılın Papı kəndindən görüntülər - VİDEO
- Prezident Administrasiyasına əlavə səlahiyyət verilib
- Ərdoğan: "Qarabağın işğaldan azad olunmasını uğurla yekunlaşdırdıq"
- Zəngilanın Qaradərə kəndi - VİDEO