Yaponiya Azərbaycana 1,2 milyon dollar humanitar yardım ayırıb


12:31     17 Fevral 2021 21_02_17_1613550800.jpg

Yaponiya hökuməti Azərbaycan və Ermənistan arasında baş vermiş silahlı toqquşmadan nəticələnən humanitar böhranla bağlı Azərbaycana 1,2 milyon dollar məbləğində təcili qrant ayrılmasına qərar verib.

Yaponiyanın Azərbaycandakı səfirliyindən Femida.az-a verilən xəbərə görə, bu, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), BMT-nin Dünya Qida Proqramı (WFP) və Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) tərəfindən beynəlxalq cəmiyyətə ünvanlanmış yardım müraciətinə əsaslanaraq, zərərçəkmiş və evakuasiya məkanlarının bərpası, tibb sahəsinə dəstək, yardım ləvazimatlarının təqdim olunması kimi yaşam şəraitinin yaxşılaşdırılmasına yönəlmiş qrant yardımıdır.

Bu qrantda nəzərdə tutulmuş yardımlar aşağıda detallı şəkildə qeyd olunub.

Bir qabaqcıl xəstəxanaya tibbi avadanlıqlarla bağlı yardım;

Təxmini 500 nəfərə təhlükəsiz su mənbələrinə çıxışın təmin olunması;

Təxmini 6400 nəfər üçün müvəqqəti sığınacaq yerlərinin bərpası və soyuqlal mübarizə aparmaq üçün yardım ləvazimatlarının təmin olunması;

Təxmini 8000 nəfər üçün qida yardımını həyata keçirilməsi;

“Azərbaycan müstəqillik qazandıqdan sonra Yaponiya hökuməti Azərbaycanda inkişafa rəsmi yardım layihələrinin icrasına başlamış, indiyədək təxmini 1 milyard dollar məbləğində güzəştli kredit, 100 milyon dollardan çox qrant layihəsi həyata keçirmişdir. Bundan sonra da, Azərbaycana yardımı davam etdirmək niyyətindəyik”, - deyə qeyd olunub.

Açar sözlər:

Oxunub: 519