Qadına qarşı zorakılıq edən polis işdən çıxarıldı - RƏSMİ
12:37 17 Fevral 2021

Bakıda bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri edən polis əməkdaşı tutduğu vəzifəsindən azad edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, sosial şəbəkələrdə yayılan həmin görüntülər nazirlikdə hərtərəfli və operativ araşdırılıb: "Yekunda fakt təsdiqini tapıb. Qapalı məkanda tibbi maskadan istifadə etməyən xanıma qarşı kobudluq edən şəxsin Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlu olduğu müəyyən edilib. Camal Qubadov polis adına yaraşmayan hərəkətlərə yol verdiyinə görə tutduğu vəzifədən azad edilib".
Qeyd edək ki, sosial şəbəkələrdə polis əməkdaşının bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri etməsinə dair görüntülər yayılıb.
Femida.az
Oxunub: 713
Oxşar xəbərlər
- Polis itkin düşən 2 yaşlı uşağı tapdı
- Cəlilabad polisi sosial şəbəkə vasitəsilə narkotik alan şəxsi saxlayıb
- Qubadlıda polis gücləndirilmiş rejimdə işləyir (VİDEO)
- Üç ay əvvəl təyin edilən polis rəisi aşağı vəzifəyə göndərildi
- İşdən çıxarılan polis rəisi yeni vəzifəyə təyin olundu
- Cəlilabad polisi narkotik və silah-sursat ələ keçirdi
- Gədəbəydə atı ağacdan asdılar, polis araşdırmaya başladı
- Ermənistanın polis zabitləri də Paşinyanın istefasını tələb edirlər
- Polis köməksiz vəziyyətdə qalan sürücü və sərnişinlərə kömək edib
- Polisdən uğurlu əməliyyat: 22 kq-dan artıq narkotik aşkarlandı