Qonşu ölkələrə səfər zamanı hansı sənədlər lazımdır? - AÇIQLANDI
13:17 17 Fevral 2021
Azərbaycandan hava yolu ilə Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana səfər edən şəxslərdən tələb edilən sənədlər müəyyənləşib.
Femida.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov bildirib.
Onun sözlərinə görə, tələb olunan sənədlər aşağıdakılardır:
- Rusiya, Ukrayna və Türkiyəyə səfər edən şəxslər uçuşdan 48 əvvəl alınmış COVID-19 testinin (PCR metodu ilə) neqativ nəticəsi. (Rusiyaya üçün test nəticəsini göstərən tibbi arayış rus və ya ingilis dilində olmalıdır. Türkiyəyə səfər edən 6 yaşa çatmamış uşaqlardan test nəticəsi tələb olunmur).
- Ukraynaya səfər edən şəxslər əlavə olaraq sığorta şəhadətnaməsini və Ukraynada yaşama icazəsi və ya Ukrayna vətəndaşının ailə üzvü olmadığı təqdirdə isə maddi vəziyyətini təsdiq edən sənəd (bank arayışı, nəğd pul və sair) təqdim etməlidir.
- Gürcüstana səfər edən şəxslər tamamlanmış vaksinasiya (hər iki dozanın vurulması) haqqında sənəd təqdim etməlidir.
V.Hüseynov əlavə edib ki, quru yolu ilə səfər etmək istəyən şəxslər bu dövlətlərin ölkəmizdə yerləşən səfirliklərinə (konsulluqlarına) müraciət etməlidir.
Femida.az
Oxunub: 567
Oxşar xəbərlər
- Qonşu ölkədən gizli siqaret gətirmək istədilər
- Qonşusunun evindən oğurluq edən saxlanıldı
- Qonşunun həyətində narkotik becərən şəxs tutuldu
- Qonşu ölkədə koronavirusa yoluxanların sayı artdı
- Qonşu qadının başını kəsən şəxsin məhkəməsi başlayır
- Qonşu ölkədə koronavirus dəhşəti: Ölənlərin sayı 9-a çatdı
- Qonşusunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi olacaq
- Qonşusunu başından bıçaqladı
- Qonşu ölkələrlə ortaq gömrük-keçid məntəqələri yaradılır
- Qonşu öz hərəkətləri ilə sizin hüquqlarınızı pozur?