Bayramov və Lavrov Moskva razılaşmasını müzakirə edib


14:26     17 Fevral 2021 2021/02/lavro-1613556339_1613557616.jpg

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Femida.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“XİN rəhbərləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci il tarixində əldə edilmiş Moskva razılaşmalarının həyata keçirilməsini, həmçinin ikitərəfli və beynəlxalq gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər”, – açıqlamada vurğulanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 244