Direktordan hicab qalmaqalına münasibət: Heç bir şiddət olmayıb


16:21     17 Fevral 2021 21_02_17_1613564641.jpg


Bir neçə gündür ki, sosial şəbəkələrdə Novxanı kənd 1 nömrəli tam orta məktəbin direktoru Taliyə Mirzəyevanın hicab taxan bir neçə məktəbliyə qarşı kobud münasibət göstərməyi ilə bağlı məlumatlar yayılıb. İddiaya görə, direktor şagirdlərin hicabını açıb və buna etiraz edən valideynlərə də təzyiq göstərilib.

Məktəbin direktoru Taliyə Mirzəyeva da sözügedən məsələ ilə bağlı Yenicağ.az-a açıqlamasında hicablı şagirdə qarşı hər hansı təzyiq olmadığını bildirib. O qeyd edib ki, məktəbdə 1 300 şagird təhsil alır, onların da 800 nəfəri qızdır. Lakin onların arasında nə başıbağlı şagird, nə də müəllim var:

“Bu gün gəlib görürəm ki, 7-ci sinifdəki qız başını bağlayıb. Mən ona dedim ki, bayırda bağlayır, məktəbin daxilinə girəndə başını açacaq, yenə bayıra çıxanda bağlayacaq, gedəcək. Uşaq da elə başını açdı, girdi dərslərini keçdi, getdi. Çünki bir uşağın başı bağlı olsa, Novxanı da elə bir yerdir ki, orada Masallı, Lənkəran zonasından çox işləyənlər var və onların da hamısı sabah gələcəklər ki, uşaqların başını bağlayaq. Qız uşağıdır, nə şiddət olunacaq qıza? Özü də mən uşaqla yox, onun anası ilə danışdım. Anası ilə qapıda danışdım, uşaq da özü girdi soyundu, çıxdı. Heç bir şiddət ola bilməz”.

Femida.az

Açar sözlər:

Oxunub: 512