Sevgililər Gününü kafedə qeyd edən 15 nəfər cəzalandırıldı


16:32     17 Fevral 2021 21_02_17_1613564751.jpg


Paytaxtın Nizami rayonunda fevralın 14-də xüsusi karantin rejim qaydalarına əməl etməyən kafe müəyyən olunub.


DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, “Cənub” kafesində 14 fevral günü ilə əlaqədar 15 nəfər şəxsin həmin günü qeyd etmələri aşkarlanıb.

İctimai iaşə obyektin icarədarı və tədbirin iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq barələrində inzibati protokollar tərtib olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 373