Ombudsman Aparatında yeni sektor yaradılıb
17:29 17 Fevral 2021

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatında Şəhid ailələri və müharibə veteranları ilə iş sektoru yaradılıb.
Aparatdan verilən məlumata görə, müvafiq struktur bölmənin yaradılmasında məqsəd Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş, itkin düşmüş və ya yaralanmış hərbi qulluqçularla bağlı onların ailə üzvlərinin, müharibə veteranlarının özlərinin müraciətlərinə və qaldırdıqları məsələlərə dərhal reaksiya verilməsindən ibarətdir.
Şəhid ailələri və müharibə veteranları ilə iş sektorunun yaradılması bu istiqamətdə daxil olan müraciətlərin sistemləşdirilməsi baxımından əhəmiyyət daşımaqla yanaşı şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsinin təmin edilməsi, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və digər hüquqlarının təmini ilə bağlı qaldırdıqları məsələlərin operativ həllinə öz töhfəsini verəcək.
Eyni zamanda, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Vətən müharibəsinin ilk günlərindən zərərçəkmiş şəxslərə ünvanlanan psixoloji dəstək layihəsinin də icrasına başlanılıb və yeni formalaşdırılmış sektor tərəfindən bu istiqamətdə iş sistemli formada davam etdiriləcəkdir.
Oxunub: 602
Oxşar xəbərlər
- Ombudsman beynəlxalq ictimaiyyətə videomüraciət etdi
- Ombudsmanın məruzəsi Milli Məclisə təqdim edildi
- Ombudsman Hande Harmancını qəbul edib
- Ombudsman Xocalı ilə bağlı bəyanat yaydı
- Ombudsman Aparatı: Ermənistana sanksiyalar tətbiq edilməlidir
- Ombudsman şəhid ailələrini ziyarət edib
- Ombudsmanın nümayəndələri bu yerlərdə nöqsanlar aşkarladı
- Ombudsmanın nümayəndələri uşaq evinə başçəkmə keçirdi - Nöqsanlar aşkarlandı
- Ombudsman qazilərlə görüş keçirdi
- Ombudsman Aparatı: Əfqan Sadıqov komada deyil