Ərdoğan Azərbaycanın Baş prokuroru ilə görüşdü
17:56 17 Fevral 2021

Fevralın 17-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Femida.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Baş prokuror yüksək qonaqpərvərliyə və səmimi qəbula, həmçinin 44 günlük Vətən müharibəsi dövründə Türkiyə tərəfindən göstərilən mənəvi dəstəyə görə təşəkkürünü ifadə edərək Prezident İlham Əliyevin salamlarını Türkiyənin dövlət başçısına çatdırıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə sahəsində də uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin daha da möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub.
Türkiyə Respublikasının Prezidenti dövlətimizin başçısı İlham Əliyevə salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.
Səfər çərçivəsində nümayəndə heyəti tərəfindən Ankarada xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin adını daşıyan park ziyarət edilib, abidəsi önünə əklil qoyularaq xatirəsi ehtiramla yad olunub.
Oxunub: 262
Oxşar xəbərlər
- Ərdoğanla Conson ikitərəfli münasibətləri müzakirə etdi
- Ərdoğan Merkellə videoformatda görüşdü
- Ərdoğan İrana qarşı sanksiyaları ləğv etməyə çağırıb
- Ərdoğandan Xocalı faciəsinin ildönümü ilə bağlı PAYLAŞIM
- Ərdoğan Ceyhun Bayramovla görüşdü
- Ərdoğandan SƏRT XƏBƏRDARLIQ: "Nə lazımdırsa, edəcəyik..."
- Ərdoğan Azərbaycanla bağlı sazişi təsdiqlədi
- Ərdoğan Putinlə Qarabağ məsələsini müzakirə edib
- Ərdoğan 26 ölkəyə yeni səfirlər təyin edib
- Ərdoğan Azərbaycan-Türkiyə Mədəniyyət mərkəzlərinin təsis olunması haqda Sazişi təsdiqləyib