Antonio Quterreş: "Peyvənd dünyada ədalətli bölüşdürülmür"
18:53 17 Fevral 2021

Koronavirusa qarşı peyvəndin dünyada bölüşdürülməsi haqsız və qeyri-bərabər aparılır ki, bu da pandemiyaya qarşı mübarizəni xeyli çətinləşdirə bilər.
Femida.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının videoformatda keçirilən iclasında bildirib.
“İnsanların hər yerdə mümkün qədər tez peyvənd olmaq imkanına malik olmaları üçün hər şeyi etməliyik. Amma peyvəndlə bağlı irəliləyiş xeyli dərəcədə qeyri-bərabər və ədalətsizdir”, - deyən təşkilat rəhbəri indiyədək edilmiş peyvəndlərin 75 faizinin cəmi 10 ölkənin payına düşdüyünü, 130 ölkəyə isə bircə doz da çatmadığını dilə gətirib.
A.Quterreş həmçinin koronavirusa qarşı dünyada peyvəndləmə ilə bağlı xüsusi qrup yaratmağı G20-yə təklif etdiyini də açıqlayıb.
Oxunub: 202
Oxşar xəbərlər
- Umayra Tağıyeva: "Qarın ən kəskin dövrü geridə qaldı"
- DİN: Bakı-Qazax yolunun qəza baş verən hissəsində hərəkət tam bərpa edilib
- Ərdoğan: "Terrora qarşı mübarizə aparmaq üçün heç kimdən icazə almayacağıq"
- DİN: Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər tutulub
- Ceyhun Bayramov: “Vətən müharibəsində Türkiyənin tam və birmənalı dəstəyinin şahidi olduq”
- Qanun təsdiqləndi - Sürücülük vəsiqəsi və digər sənədləri daşımağa ehtiyac yoxdur
- XİN başçısı: “10 noyabr bəyanatı Ermənistan və Azərbaycan üzərinə bütün hərbi fəaliyyətləri dayandırmaq öhdəliyi qoyur”
- Umayra Tağıyeva: "Bu qışın ən soyuq günü gözlənilir"
- MEDİA-nın İcraçı direktoru: "KİV haqqında" hazırkı qanun qüvvədən düşəcək"
- Çayxanada əməliyyat - Obyekt sahibi və müştərilər saxlanıldı