Dövlət büdcəsində 1 milyard manatdan çox qalıq yaranıb


21:47     17 Fevral 2021 manat_180215.jpg


Bu ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2 320,6 milyon manat, xərcləri isə 1 231,9 milyon manat təşkil edib.


Femida.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 27,4% çox və 12,2% azdır.

Son nəticədə ötən ay büdcədə 1 088,7 milyon manat qalıq yaranıb.

Femida.az

Açar sözlər:

Oxunub: 477