ABŞ-da 3 müsəlman gənci öldürən şəxsi edam cəzası gözləyir


20:40     07 Aprel 2015 muselmani%20olduren.jpg

ABŞ-da 3 müsəlman gənci öldürməkdə günahlandırılan şəxsi edam cəzası gözləyir


Femida.az-ın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, Şimali Karolinanın Çapel Hill qəsəbəsində 3 müsəlman gəncin qətli ilə bağlı məhkəmə prosesi başlayıb. Durham şəhərində keçirilən prosesdə Şəhər Prokurorluğu təqsirləndirilən Kreyk Stefan Hiksin edam cəzasını nəzərdə tutan maddələrlə mühakimə olunmasını istəyib.

 

Məhkəmə heyəti vəsatəti təmin edib.

 

Qeyd edə ki, Hiks bu il fevralın 10-da Şimali Karolina əyalətində stomatologiya üzrə təhsil alan 23 yaşlı tələbə Deh Barakatı, onun 21 yaşlı həyat yoldaşı Yusor Məhəmməd Əbu Salhanı və 19 yaşlı baldızı Razan Məhəmmədi odlu silahla qətlə yetirib. 


Femida.az 

Açar sözlər:

Oxunub: 1459