FHN güclü yanğınla bağlı məlumat yaydı


17:33     26 May 2015 259349.jpg

Fövqəladə Hallar Nazirliyi Bakıda ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.


Femida.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda bir-birinə bitişik, ümumi sahəsi 129 kv.m olan birmərtəbəli fərdi yaşayış evində 1-ci ailəyə məxsus 1 otağın yanar konstruksiyaları 21 kv.m sahədə, 2-ci ailəyə məxsus 2 otağın yanar konstruksiyaları 42 kv.m sahədə, 3-cü ailəyə məxsus ümumi sahəsi 66 kv.m olan 2 otağın lambirdən ibarət tavanı və dam örtüyü 42 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi, 1948-ci il təvəllüdlü Səlimova Tamella Yusif qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə edilib.

Yanğın saat 09:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 777