Azərbaycan əhalisinin banklarda 8 milyard manatdan çox əmanəti var


11:23     18 Fevral 2021 21_02_18_1613633066.jpg

Mərkəzi Bankın məlumatına görə, yanvarın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği dekabr ayı ərzində 269,7 milyon manat artaraq 8 milyard 177,9 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Femida.az-a bildirilib ki, əmanətlərin 50,8 faizi xarici, 49,2 faizi isə milli valyutada qoyulub.

Yanvarda ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata, 1 avroya 2,07 manata, 100 türk lirəsinə 23 manata, 100 rus rubluna 2,29 manata bərabər olub.

Femida.az

Açar sözlər: #bank   #əmanət  

Oxunub: 478